Qadınlarda hormonal pozğunluğun əlamətləri açıqlandı


Digərləri 31 Eki 2025 01:01:00 119 0

Qadınlarda hormonal pozğunluğun əlamətləri açıqlandı

Qadınlarda hormonal pozğunluğun əlamətləri açıqlanıb.

Son.az xəbər verir ki, endokrinoloq Alina Alkasheva bildirib ki, hormonal pozğunluq orqanizmdə hormonların istehsalının pozulmasıdır və bu həm artıq, həm də azlıq şəklində özünü göstərə bilər.

"Bu vəziyyət adətən qalxanabənzər vəzi, böyrəküstü vəzin, hipofiz, yumurtalıqlar və pankreas kimi hormon istehsal edən orqanların funksiyasının pozulması ilə bağlı yaranır. Bundan əlavə, stress, xroniki yorğunluq, nizamsız qidalanma, zərərli vərdişlər və fiziki aktivliyin azlığı da əhəmiyyətli rol oynayır.

Ən çox rast gəlinən əlamətlər arasında ani çəki dəyişiklikləri, izah edilməyən arıqlama və ya sürətli çəki artımı, menstrual dövrdə pozğunluq, cinsi istəksizlik, yuxu problemləri, gündüz yuxululuğu və səbəbsiz əhval dəyişikləri yer alır. Həmçinin, üz, döş, bel və qarın nahiyəsində artıq tüklənmə (girsutizm) müşahidə oluna bilər".