Həbs edilən başçı Mehdiyevlə qonşu imiş


Digərləri 31 Eki 2025 10:57:00 91 0

Həbs edilən başçı Mehdiyevlə qonşu imiş

Dünən DTX tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qonşu olduğu üzə çıxıb.

Son.az xəbər verir ki, bu barədə metbuat.az-a məlumat verən şəxsin dediyinə görə, İslam Rzayev Göyçay rayonunun Hüngütlü kəndində özünə dəbdəbəli ev tikdirib. Həmin kənddə Ramiz Mehdiyevin də əzəmətli villası var. Bu villanın ona keçmiş nəqliyyat naziri Ziya Məmmədovun hədiyyə etdiyi bildirilir.

Qeyd edək ki, Ramiz Mehdiyevin Göyçayda villa sahibi olduğu barədə məlumatlar bir neçə il əvvəl yayılıb. KİV-in ididasına görə, villa 4 hektar ərazini əhatə edir və hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var.