İçində sərnişinlər olan qatara daş atan yeniyetmələr tapıldı
Digərləri 31 Eki 2025 17:42:00 89 0
Polis sürət qatarına daş atan yeniyetmələri müəyyən edib.
Bu haberi de oku: 42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Son.az-a bildirib ki, əməli törədənlər 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar. Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.
                                Kaynak: milli.az                                
                            
                        
