Qadınlarda bu yaşdan sonra ürək problemləri başlayır Səbəb


Digərləri 31 Eki 2025 20:13:00 109 0

Qadınlarda bu yaşdan sonra ürək problemləri başlayır  Səbəb

Alimlər qadınlarda yaş artdıqca ürək xəstəliklərinin yaranma səbəbini araşdırıblar.

Son.az xəbər verir ki, Rusiyanın Penza Dövlət Universitetinin həkimləri müəyyən ediblər ki, qadınlarda yaş artdıqca bədəndə qadın hormonlarının azalması ürəyə mənfi təsir göstərir. Bu, ürəkdə fibroz adlanan dəyişikliklərə səbəb olur. Yəni, ürək əzələsinin bir hissəsi bərkiməyə başlayır və bu da ürəyin ritmini pozur, ürək çatışmazlığına gətirib çıxara bilər.

Mütəxəssislər bildiriblər ki, bu vəziyyət xüsusilə klimaks dövrünə, yəni qadınlarda 45-50 yaşdan sonra baş verən hormonal dəyişikliklərə təsadüf edir. Məhz bu dövrdə estrogen və progesteron hormonlarının azalması ürəyi daha zəif hala salır.

Tədqiqat zamanı alimlər ürək-damar xəstəliklərindən vəfat edən 50 qadının ürəyini araşdırıblar və fibrozun yaşlı qadınlarda daha çox olduğunu aşkar ediblər. Bundan başqa, 500 nəfər üzərində aparılan müşahidələr də eyni nəticəni göstərib.