Yaddaş üçün möcüzəvi qida: Həftədə bir dəfə yemək bəs edir
Digərləri 31 Eki 2025 22:26:00 99 0
Yeni elmi araşdırma pendirin beyinə olan təsiri ilə bağlı maraqlı nəticələr ortaya qoyub. 8 minə yaxın insanın iştirak etdiyi tədqiqatda məlum olub ki, həftədə ən az bir dəfə pendir yeyənlərdə demans riski 24 faiz daha aşağıdır.
Bu haberi de oku: 78 nəfərin ölümünə səbəb olan həmin hotelin sahibi ömürlük həbs edildi
Son.az xəbər verir ki, tədqiqatçılar 3 il ərzində iştirakçıları izləyiblər. Nəticədə pendir yeyənlərin yalnız 3,39 faizində, pendir yeməyənlərin isə 4,45 faizində demans əlamətləri müşahidə olunub.
Elm adamları meyvə, tərəvəz, ət və balıq kimi digər qidalanma vərdişlərini də nəzərə alıblar. Bütün bu faktorlar qiymətləndirildikdə belə, pendirin yaddaşitmə riskini 21 faiz azaltdığı təsdiqlənib.
Araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. Mütəxəssislər bildirirlər ki, bu nəticələr əvvəlki tədqiqatlarla uyğun gəlir və süd məhsullarının demansın qarşısını almaqda dəstəkləyici rol oynaya biləcəyini göstərir.
Araşdırmada iştirak edənlər arasında ən çox istifadə olunan pendir növü emal olunmuş pendir olub.
Bu cür pendirlər - adətən dilim şəklində paketlənən və ya krem halında sürtülən məhsullar - süd və emulqatorlardan hazırlanır.
Alimlərə görə, pendirin qoruyucu təsiri onun zəngin qida tərkibi ilə bağlıdır. Pendir tərkibində:
Zülallar,
Əsas amin turşuları,
K2 vitamini,
Antioksidantlar,
Peptidlər və
Probiyotiklər saxlayır.
