Yango Azerbaijan və PAŞA Sığorta sərnişinlər və sürücülər üçün sığorta proqramına start verir


Digərləri 31 Eki 2025 15:00:00 92 0

Yango Azerbaijan və PAŞA Sığorta sərnişinlər və sürücülər üçün sığorta proqramına start verir

Yango Azerbaijan sərnişinlərinin təhlükəsizliyinə xüsusi önəm verir və hər bir səfəri təkcə rahat və münasib qiymətə deyil, həm də maksimum təhlükəsiz etməyi hədəfləyir.

Bu məqsədlə şirkət PAŞA Sığorta ilə birgə yeni sığorta proqramına başlayır. Proqram səfər zamanı həm sərnişinlərə, həm də sürücülərə əlavə qoruma təmin edəcək.

Artıq Yango platforması üzərindən edilən bütün səfərlər PAŞA Sığorta ASC - Azərbaycanın ən böyük və etibarlı sığorta şirkətlərindən biri tərəfindən avtomatik olaraq sığortalanacaq.

Təhlükəsizliyin yeni mərhələsi

Yeni sığorta proqramı həm sərnişinləri, həm də sürücüləri əhatə edir və yol-nəqliyyat hadisələri və digər gözlənilməz hallarda maliyyə təminatı yaradır.

Sığorta təminatına daxildir:

bədbəxt hadisələr zamanı kompensasiya (xəsarətlər, əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi); tibbi xərclərin ödənilməsi; sərnişin və baqajın təhlükəsizliyinə görə daşıyıcının məsuliyyəti; evakuasiya və xilasetmə xərclərinin qarşılanması.

Beləliklə, istər sərnişin, istər sürücü - səfərdə iştirak edən hər kəs fövqəladə vəziyyətdə sığorta qorunmasının avtomatik və əlavə sənədsiz qüvvəyə minəcəyinə əmin ola bilər.

Etibarlı tərəfdaş - PAŞA Sığorta

Yeni proqram çərçivəsində bütün sığorta öhdəliklərini PAŞA Sığorta öz üzərinə götürür. Şirkət Azərbaycan Mərkəzi Bankının lisenziyasına malikdir və 15 ildən çox sığorta təcrübəsinə sahibdir.

Ödənişlər şəxsi sığorta və daşıyıcıların mülki məsuliyyət sığortası (CMR) standartlarına əsasən həyata keçirilir. Bu isə bütün kompensasiyaların şəffaf, sürətli və qanuni şəkildə təmin olunmasına zəmanət verir.

"Yango hər zaman sərnişin və sürücülərin təhlükəsizliyini prioritet sayır. PAŞA Sığorta ilə birlikdə beynəlxalq sığorta standartlarını tətbiq etməklə hər bir səfəri həm rahat, həm də qorunan edirik," - deyə Yango Azerbaijan nümayəndəsi bildirib.

Necə işləyir

Sığorta avtomatik olaraq Yango Azerbaijan vasitəsilə həyata keçirilən bütün səfərlərə şamil olunur; Proqram Yango Azerbaijan və PAŞA Sığorta tərəfdaşlığı çərçivəsində bir il müddətinə həyata keçirilir; Sığorta təminatı bu müddət ərzində edilən bütün səfərləri əhatə edir; Sığorta hadisəsi baş verdikdə müraciət birbaşa Yango Dəstək Xidmətinə və ya PAŞA Sığortanın əlaqə mərkəzinə edilə bilər.

Habere ait fotoğraflar