Bu marşruta yeni avtobuslar verildi
Digərləri 31 Eki 2025 15:44:00 91 0
Paytaxtda 53 nömrəli müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edilir.
Bu haberi de oku: İçində sərnişinlər olan qatara daş atan yeniyetmələr tapıldı
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Transkontrol" MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək.
Məlumata görə, "Elmlər Akademiyası" metro stansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin, daha müasir avtobuslar fəaliyyət göstərəcək.

