Səfirliklərin və beynəlxalq təşkilatların rəhbər şəxsləri Horovlu kəndində olublar VİDEO FOTO
Digərləri 31 Eki 2025 11:53:00 76 0
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb.
Bu haberi de oku: Əli Həsənov Türkiyəyə köçüb? Açıqlama
Son.az xəbər verir ki, qonaqlar səfər çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndində olublar.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfər zamanı diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olurlar.
Bu, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin 20-ci səfəridir.

