Saxlanılan icra başçısı və digər rəsmi şəxslərin GÖRÜNTÜLƏRİ VİDEO


Digərləri 31 Eki 2025 12:20:00 81 0

Saxlanılan icra başçısı və digər rəsmi şəxslərin GÖRÜNTÜLƏRİ   VİDEO

Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb.

Bu haberi de oku: Türkiyədə zəlzələ oldu

Son.az xəbər verir ki, 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı 29 oktyabr tarixində rayonda sonuncu dəfə rəsmi tədbirə qatılıb.

Tədbirdə icra başçısı İslam Rzayev və İcra Hakimiyyətinin bir çox vəzifəli şəxsləri, digər qonaqlar iştirak ediblər.

Xatırladaq ki, keçirilən əməliyyat zamanı bir neçə digər rəsmi şəxsin də saxlanılıdığı bildirilir.

Qeyd edək ki, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir. İslam Rzayev bacısıoğlu Elman Mehdiyev isə maliyyə nazirinin müşaviri vəzifəsində çalışır.

Mehman Əsədov Son.az


Habere ait fotoğraflar