Goranboyda məktəbdə it xadiməyə hücum etdi


Digərləri 31 Eki 2025 00:25:00 110 0

Goranboyda məktəbdə it xadiməyə hücum etdi

Goranboyun Qaradağlı kənd məktəbində ev itinin hücumu nəticəsində xadimə qadın xəsarət alıb.

Son.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində kənd tam orta məktəbin həyətində qeydə alınıb. Belə ki məktəbin xadiməçisi olan A.Bayramovaya ev iti məktəbin  həyətində hücum edərək onu yerə yıxıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, ona quduzluq əleyhinə vaksin vurulub. Onun vəziyyətinin normal olduğu bildirilir.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. (unikal)