Bu xəstəliyi olanlar hər gün nar yesin!


Digərləri 31 Eki 2025 03:03:00 91 0

Bu xəstəliyi olanlar hər gün nar yesin!

Narın tərkibindəki güclü antioksidant birləşmələr - polifenollar, antosiyaninlər və punikalaginlər - qan damarlarını təmizləyir, pis xolesterolu (LDL) azaldır və yaxşı xolesterolu (HDL) artırır. Mütəmadi nar istehlakı aterosklerozun qarşısını alır, infarkt və insult riskini azaldır. 

Son.az xəbər verir ki, həkimlər xüsusilə yüksək təzyiq və damar tıxanıqlığından əziyyət çəkənlərə gündəlik kiçik bir kasa nar yeməyi tövsiyə edirlər. Nar C vitamini ilə zəngindir - bir stəkan təzə sıxılmış nar suyu orqanizmin gündəlik C vitamini ehtiyacının yarısını qarşılayır. Bu xüsusiyyət qış aylarında qrip və soyuqdəyməyə qarşı təbii qoruma rolunu oynayır.

Elmi araşdırmalar göstərir ki, nar prostat və döş xərçəngi hüceyrələrinin böyüməsini ləngidir. Güclü antioksidant təsiri hüceyrələri sərbəst radikallardan qoruyur və müntəzəm istifadə bədəni xərçəng riskindən müdafiə edir.

Nar həmçinin dərinin yenilənməsini sürətləndirən maddələr ehtiva edir. Davamlı istehlak dərinin elastikliyini artırır, qırışların yaranmasını azaldır və qocalmanı gecikdirir. Bu səbəbdən də nar "təbii gənclik meyvəsi" adlandırılır.

Meyvənin yüksək lif tərkibi həzm sistemini dəstəkləyir, qəbizliyin qarşısını alır və bağırsaq fəaliyyətini tənzimləyir. Mütəxəssislər səhər acqarına bir xörək qaşığı nar yeməyi həzm tarazlığı üçün faydalı sayırlar.

Nar şirəsindəki kalium elementi qan təzyiqinin və ürək ritminin sabit saxlanmasına kömək edir. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlərə narı müntəzəm istifadə etmək məsləhət görülür.