"Erkən yaşdan siqaretə başlamaq impotensiya yaradır"


Digərləri 30 Eki 2025 23:12:00 65 0

"Erkən yaşdan siqaretə başlamaq impotensiya yaradır"

Siqaret çəkməyə erkən yaşda başlamaq 30 yaşında impotensiya riskini artırır.

Son.az xəbər verir ki, bunu rusiyalı psixiatr və narkoloq Ruslan İsaev deyib.

Onun sözlərinə görə siqaret və digər tütün məhsulları qan damarlarını birbaşa zədələyir. Erkən yaşda, xüsusən yeniyetməlik dövründə başlayan siqaret vərdişi damar sisteminin normal inkişafını pozur, onların elastikliyini azaldır və erkən "yaşlanmasına" səbəb olur.

Həkim vurğulayır ki, ereksiya əsasən sağlam damarların işinə bağlıdır, yəni cinsiyyət üzvünə qan axınının sürətlə artması nəticəsində baş verir. Nikotin və tütün tüstüsündəki digər maddələr damarların daxili qatını, endotelini zədələyir, bu da uzun müddətdə erektil funksiyanın pozulmasına gətirib çıxara bilər.