Mayonezlə bağlı şok araşdırma – Sağlamlığa ciddi təhlükə imiş...


Digərləri 31 Eki 2025 05:05:00 88 0

Mayonezlə bağlı şok araşdırma – Sağlamlığa ciddi təhlükə imiş...

Mayonez dünyanın ən çox istifadə olunan souslarından biridir. Onu salatlarda, sendviçlərdə, qəlyanaltılarda və hətta qızartmalarda görmək adi haldır. Lakin yeni araşdırmalar bu iştahaaçan sousun arxasında sağlamlıq üçün ciddi təhlükələr gizləndiyini üzə çıxarıb.

Son.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, sənaye üsulu ilə istehsal olunan mayonezin tərkibində çoxlu konservantlar, dad gücləndiriciləri, şəkər və trans yağlar var. Bu maddələr "pis" xolesterinin səviyyəsini artırır, damar divarlarını zədələyir və ürək-damar xəstəlikləri riskini yüksəldir.

Yüksək kalorili və yağlı tərkibi səbəbindən mayonezin tez-tez istifadəsi maddələr mübadiləsini pozur, piylənmə, şəkərli diabet və yüksək təzyiq kimi problemlərə yol aça bilər.

Həkimlər həmçinin xəbərdarlıq edir ki, isti yeməklərlə birlikdə mayonez yemək xüsusilə təhlükəlidir. Çünki qızdırıldıqda bitki yağları zəhərli birləşmələrə çevrilir və bu maddələr qaraciyər və böyrəklərə zərər verə, iltihabi proseslər yarada bilər.

Digər bir təhlükə isə qida asılılığıdır - istehsalçılar duz, şəkər və yağ nisbətini elə tənzimləyirlər ki, insan daha çox yemək istəsin. Bu da mayonezdən imtinanı çətinləşdirir.