Bu ərazilərdə qaz kəsiləcək saat 10:00da


Digərləri 31 Eki 2025 09:22:00 77 0

Bu ərazilərdə qaz kəsiləcək  saat 10:00da

Suraxanı rayonu, Hövsan Qaz Tənzimləyici Məntəqəsində də aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Son.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.