Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı


Digərləri 31 Eki 2025 14:50:00 71 0

Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı

Xəbər verdiyimiz kimi, Monteneqronun paytaxtı Podqoritsada Türkiyə vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı Yaqub Qurbanov sərbəst buraxılıb.

Monteneqroda azərbaycanlının adı keçən hadisə: 45 nəfər saxlanıldı, 8-i deport edildi - FOTO

Son.az xəbər verir ki,  İTV Y.Qurbanovun sərbəst buraxıldığı anın görüntülərini yayımlayıb.

Videoda həmyerlilərimizin Yaqubu sevinclə qarşılayaraq qucaqlamaqları yer alıb.

Qeyd edək ki, Monteneqro polisinin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.