Bağınıza bircə dənə əkin: İlan və siçan yolunu dəyişdirəcək
Digərləri 31 Eki 2025 08:08:00 100 0
Cənubi Afrikadan gələn bu bənövşəyi çiçəkli bitki təkcə gözəlliyi ilə deyil, həm də təbii qoruyucu təsiri ilə seçilir. Onu bağınıza bir dəfə əksəniz nə ilan, nə də siçan həmin yerə yaxınlaşmayacaq.
Bu haberi de oku: Yasamalda internetin adı var, özü yox ŞİKAYƏT
Son.az xəbər verir ki, payızın gəlişi ilə bağlarda yeni mövsüm başlayır. Yaydan qalan bitkilər solur, torpaq yenidən nəfəs almağa hazırlaşır. Lakin bu dövrdə ilan, siçan və torpaq gəmiriciləri kimi arzuolunmaz canlılar da görünə bilər. Bu zaman köməyə Tulbagia purpurea, yəni Afrika sarımsağı gəlir.
Zərif bənövşəyi çiçəkləri ilə həm dekorativ görünən bu bitki, eyni zamanda təbii həşərat və gəmirici uzaqlaşdırıcı xüsusiyyətə malikdir. Özünəməxsus kəskin qoxusu sayəsində kimyəvi dərmanlara ehtiyac olmadan bağınızı qoruyur.
Tulbagia purpurea - Cənubi Afrika mənşəli, çoxillik bitkidir. Təbii şəraitində 1 metrə qədər böyüyə bilir, lakin Azərbaycan iqlimində orta hesabla 30 sm hündürlüyə çatır.
Bitkinin yaydığı qoxu ilanları, siçanları və torpaq gəmiricilərini uzaqlaşdırır. Onlara zərər vermir, sadəcə qoxusu ilə yaxınlaşmalarına mane olur - yəni təbiyyətin özü tərəfindən yaradılmış zərif bir müdafiə sistemi kimi işləyir.
Bağbanların sözlərinə görə: "Tulbagia bağ üçün təbii qoruyucu səddir. İnsanlar onun qoxusunu güclü hiss etmir, amma zərərvericilər ondan qaçır."

