Yeni yarasa koronavirusu tapıldı Alimlər xəbərdarlıq etdi
Digərləri 31 Eki 2025 04:04:00 103 0
Braziliyada aparılan araşdırmalar zamanı Covid-19 və MERS virusları ilə genetik oxşarlıq daşıyan yeni koronavirus növü - "BRZ batCoV" aşkar edilib.
Son.az xəbər verir ki, virus Latın Amerikasında geniş yayılmış Pteronotus parnellii adlı "bığlı" yarasa növündə tapılıb.
Maranhao və San Paulo ştatlarında toplanan nümunələrin təhlili göstərib ki, "BRZ batCoV Sars-CoV-2", "MERS-CoV" və "SARS" viruslarını birləşdirən beta-koronaviruslar ailəsinə daxildir. Tədqiqatçılar virusun hüceyrələrə daxil olmağı asanlaşdıran sünbül zülalına malik olduğunu bildiriblər.
Maraqlıdır ki, bu xüsusiyyət əvvəllər Amerika yarasalarında müşahidə edilməyib və alimlər hesab edir ki, bu, Cənubi Amerika yarasa populyasiyalarında müstəqil təkamül nəticəsində yaranıb.

