Ötən gün DTX tərəfindən saxlanılan icra başçısının vəkili bəlli oldu


Digərləri 31 Eki 2025 09:44:00 80 0

Ötən gün DTX tərəfindən saxlanılan icra başçısının vəkili bəlli oldu

Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakənin icra başçısı İslam Rzayevin vəkili bəlli olub.

Son.az xəbər verir ki, qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, İslam Rzayevi tanınmış vəkil Elvin Əliyev müdafiə edəcək.

İ.Rzayev korrupsiya cinayətlərində şübhəli bilinərək tutulub. Daha sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. O, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra məhkəməyə çıxarılacaq.