Arvadının saçını keçəl edən ər həbs olundu


Digərləri 30 Eki 2025 20:06:00 83 0

Arvadının saçını keçəl edən ər həbs olundu

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədov həbs edilib.

Son.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iki gün əvvəl gecə saatlarında bir qadının həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Videoda kişinin həyat yoldaşının saçını keçəl etməklə ona əzab verdiyi əks olunub. Həmin kadrlar əməli törədən şəxs tərəfindən sosial şəbəkədə paylaşılıb.