Təcili tibbi yardım maşını avtomobillə toqquşdu


Digərləri 30 Eki 2025 18:06:00 77 0

Təcili tibbi yardım maşını avtomobillə toqquşdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az-ın məlumatına görə, minik maşını ilə "Mercedes" markalı təcili tibbi yardım avtomobili toqquşub.

Qəzada xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı bağlı araşdırma aparılır.