Məktəb direktoru ola bilmək üçün yeni qaydalar açıqlandı
Digərləri 30 Eki 2025 20:44:00 93 0
Xəbər verdiyimiz kimi, bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib.
Bu haberi de oku: Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapıldı
Son.az-ın məlumatına görə, namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Elektron müraciət zamanı namizəddən aşağıdakı sənədlər tələb olunur:
a) Ali təhsil haqqında sənədin surəti
b) Elmi ad və ya dərəcə varsa təsdiqedici sənədin surəti
c) Əmək müqaviləsi haqqında çıxarış və ya əmək kitabçasının surəti.
Namizədlərin seçim mərhələsinə buraxılması zamanı məktəbdə təhsilalanların sayına və müəssisənin növünə görə müxtəlif minimal ballar tələb olunur.

