Beyləqanda ağır qəza 4 nəfər xəsarət aldı
Digərləri 30 Eki 2025 19:06:00 61 0
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu haberi de oku: Yeni "AirPods" problemli çıxdı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində olub.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "KİA" markalı maşınla toqquşub.
Nəticədə avtomobildə olan 4 nəfər - 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Son.az
