Gündə bir ovuc qoz yeyin Beyni gücləndirir


Digərləri 30 Eki 2025 21:00:00 68 0

Gündə bir ovuc qoz yeyin  Beyni gücləndirir

Rusiyalı həkim beynin aktivliyini artıran qidaları açıqlayıb.

Son.az xəbər verir ki, nevroloq Olqa Zinçeva yaddaş, diqqət və zehni fəaliyyət üçün faydalı qidalar barədə danışıb.

Həkimin sözlərinə görə, düzgün qidalanma təkcə ümumi sağlamlıq üçün deyil, həm də beynin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, məhsulları seçərkən orqanizmin fərdi xüsusiyyətlərini və mümkün dözümsüzlükləri də nəzərə almaq vacibdir.

Zinçeva xüsusilə beyin üçün faydalı bir neçə məhsulu vurğulayıb. Onun sözlərinə görə, qoz beyin hüceyrələrinin fəaliyyətini dəstəkləyən yağ turşuları və antioksidantlarla zəngindir, əhvalı və yaddaşı yaxşılaşdırmağa kömək edir.

Brokoli də beyin üçün dəyərli sayılır. Tərkibindəki antioksidantlar hüceyrələri zədələnmədən qoruyur. Həkim bu tərəvəzi yalnız bişmiş halda deyil, həm də zapekanka, omlet və ya krem-sup kimi müxtəlif formalarda yeməyi məsləhət görür.