Şəkidə mikroavtobus ağaca çırpıldı Sürücü xəsarət aldı


Digərləri 30 Eki 2025 17:52:00 69 0

Şəkidə mikroavtobus ağaca çırpıldı  Sürücü xəsarət aldı

Şəkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan var.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəki-Baş Zəyzid avtomobil yolunun Orta Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mersedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Sürücü xilas edilərək həkim briqadasına təhvil verilib və Şəki xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəza zamanı mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.