Bu cihaz anidən alışır 3 evdə yanğın olub FOTO
Digərləri 30 Eki 2025 12:00:00 97 0
Portativ JBL Flip 6 musiqi kolonkalarının yanması halları qeydə alınıb.
Bu haberi de oku: Şəkidə mikroavtobus ağaca çırpıldı Sürücü xəsarət aldı
Son.az xəbər verir ki, Rusiyada son üç həftə ərzində portativ JBL Flip 6 cihazının yanması ilə bağlı ən azı üç bədbəxt hadisə baş verib.
Bu barədə "Shor Проверка" Telegram kanalı məlumat yayıb.
İki hadisə cihazın şarj olunması zamanı, bir hadisə isə musiqi səsləndirilərkən, cihazın enerji mənbəyinə bağlı olmadığı vaxt baş verib.
Hər üç hadisədə yanma açıq alov və sıx tüstü ilə müşayiət olunub ki, bu da yanğın təhlükəsi yaradıb.
İstehsalçı hələlik rəsmi açıqlama verməyib.
JBL Flip 6 kompakt portativ Bluetooth pleyerdir, iki zolaqlı akustik sistem və dərin baslar üçün iki passiv yayıcı ilə təchiz olunub. Cihaz nəm və tozdan IP67 standartına uyğun qorunur.
İsmayıl Son.az
