Nərimanovda küçədə səkilər bərbad gündədir Küçəni bu vəziyyətə MTK salıb


Digərləri 30 Eki 2025 16:19:00 79 0

Nərimanovda küçədə səkilər bərbad gündədir  Küçəni bu vəziyyətə MTK salıb

Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsində səkilər bərbad gündədir. 

Son.az xəbər verir ki, həmin küçədə yaşayan sakinlər iddia edirlər ki, küçəni bu vəziyyətə MTK salıb. Daha sonra isə tikinti şirkəti dağılan yolu düzəltmək əvəzinə səkiyə sadəcə taxta döşəyiblər. 

Məsələ ilə bağlı nəqliyyat eksperti Samuran Səmədbəyli bildirib ki, dəymiş ziyan MTK tərəfindən aradan qaldırılmalıdır:

"Binaların tikintisi zamanı səkilərə və yol infrastrukturuna ziyan dəyərsə, dəymiş ziyana görə məsuliyyəti birbaşa tikinti şirkəti daşıyır. Bu kimi halların aradan qaldırılması üçün müvafiq icra orqanları bunu nəzarətdə saxlamalıdır. Həmçinin, tikinti şirkətləri də çalışmalıdırlar ki, təmir zamanı yollara zərər verilməsin".