"Lənd Rover" zəncirvari qəzaya səbəb oldu
Digərləri 30 Eki 2025 16:22:00 92 0
Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 4 avtomobil toqquşub.
Son.az report-a istiandən xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Lənd Rover" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan "Şanqan", VAZ-2106 və "Hunday" markalı avtomobillərə çırpılıb.
Zərbənin təsirindən "Lənd Rover" aşıb, avtomobillərə ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.
Kaynak: milli.az
