Rusiyada 15 yaşlı məktəbli qız körpəsini pəncərədən atdı


Dünya 06 Haz 2025 23:17:00 74 0

Rusiyada 15 yaşlı məktəbli qız körpəsini pəncərədən atdı

Rusiyada 15 yaşlı məktəbli qız körpəsini pəncərədən atıb.

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda 15 yaşlı məktəbli qızın yeni doğulmuş körpəsini pəncərədən atdığı ehtimal olunur. Hadisə iyunun 5-də Dubrovka qəsəbəsində baş verib.

İlkin məlumata görə yeniyetmə qız doğuşu ev şəraitində, valideynlərinin xəbəri olmadan həyata keçirib. Daha sonra körpəni plastik paketin içinə qoyaraq ikinci mərtəbədən pəncərədən atıb. Pəncərədən atılan paketin içindən gələn ağlama səsləri qonşuların diqqətini çəkib və onlar dərhal polis və təcili tibbi yardım çağırıblar.

Hadisə yerinə gələn həkimlər yenidoğulmuş qız uşağını ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Həkimlərin sözlərinə görə, körpənin bədənində göyərmələr aşkarlanıb, lakin onun həyatı üçün hazırda təhlükə yoxdur.