İlon Maskın keçmiş sevgilisi Trampa açıq dəstək təklif etdi


Dünya 06 Haz 2025 11:19:00 87 0

İlon Maskın keçmiş sevgilisi Trampa açıq dəstək təklif etdi

ABŞ-ın tanınmış iş adamı İlon Maskın keçmiş həyat yoldaşı və model Eşli Sent-Kleer sabiq prezident Donald Trampa dəstək verməyə hazır olduğunu bəyan edib.

Sent-Kleer bu barədə "X" (keçmiş Twitter) sosial platformasında paylaşım edərək Trampa birbaşa müraciət ünvanlayıb.

"Əgər məsləhətə ehtiyacınız varsa, mən buradayam", - deyə o, Trampa çağırış edib.

Onun bu jesti Mask və Tramp arasında münasibətlərin gərginləşdiyi bir vaxtda baş verib. Qeyd edək ki, İlon Mask son günlərdə Trampın siyasətini və seçki strategiyasını kəskin şəkildə tənqid edib. O, Trampın təqdim etdiyi büdcə planını qəbuledilməz adlandıraraq, 2024-cü il prezident seçkilərində onun dəstəyi olmadan Trampın qalib gələ bilməyəcəyini vurğulayıb.

"Əgər mən olmasaydım, Tramp seçkiləri uduzardı. Demokratlar Nümayəndələr Palatasını, respublikaçılar isə Senatda cəmi 51 yer qazanardı. Bu, sadəcə nankorluqdur", - deyə Mask daha sonra sildiyi paylaşımda qeyd edib.