Ərdoğan və Paşinyan arasında telefon danışığı olub


Dünya 05 Haz 2025 16:07:00 101 0

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Son.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Nikol Paşinyan Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Telefon söhbətində liderlər ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.

Tərəflər dialoqu davam etdirməkdə maraqlı olduqlarını ifadə ediblər.

Kənan Son.az