Evlilik yubileyində möhtəşəm hədiyyə


Dünya 05 Haz 2025 16:35:00 90 0

Evlilik yubileyində möhtəşəm hədiyyə

ABŞ-nin Miçiqan ştatında yaşayan bir cütlük evliliklərinin 25-ci ildönümündə "Diamonds & Gold" lotereyasından 2 milyon dollar qazanıb.

Son.az xəbər verir ki, adlarının açıqlanmasını istəməyən cütlük sevinc hissini belə bölüşüb:

"2 milyon dollarlıq uduş mesajını görəndə şoka düşdüm. Bu, evlilik yubileyimiz üçün ən gözəl sürpriz oldu!"

Onlar uduşu 1,3 milyon dollar dəyərində birdəfəlik ödəniş şəklində alacaqlar. Planlarına görə, bu pulla yeni ev alacaq, bir hissəsini investisiyaya yönəldəcək və övladlarının kollec xərclərini qarşılayacaqlar.

Asya Son.az