2025 ən isti üç ildən biri olacaq


Dünya 06 Haz 2025 16:32:00 82 0

2025 ən isti üç ildən biri olacaq

2025-ci ilin meteoroloji müşahidələr tarixində Yer kürəsinin ən isti üç ili arasında olacağı ehtimalı 90% təşkil edir.

Son.az xəbər verir kki, bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

"Mövcud hesablamalar belədir: bu ilin ilk beş ən isti il ​​arasında olmasının 99%, ilk üçlük arasında olmasının isə 90% ehtimalı var", - Vilfand jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, "ən isti olacağı ehtimalı çox kiçikdir, 1%-dən azdır".

Meteoroloji müşahidələr tarixində dünyanın ən isti ili 2024-cü il olub.