Kiyevi raketlə vurdular: ölənlər və yaralananlar var FOTO
Dünya 06 Haz 2025 10:17:00 90 0
Rusiya Kiyevi raketlə vurub.
Bu haberi de oku: "Ermənistan KTMT öhdəliklərini yerinə yetirməkdən imtina edir" – Rusiya rəsmisindən sərt açıqlama
Son.az xəbər verir ki, bu gecə Rusiyanın Kiyevə raket və dronlarla həyata keçirdiyi hücumlar nəticəsində azı 4 nəfər həyatını itirib, təxminən 20 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Kiyev meri Vitali Kliçko bildirib ki, şəhərin Solomyanskiy rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən partlayış və yanğın nəticəsində ciddi dağıntılar olub. Bundan başqa, şəhərin metro sisteminə və enerji infrastrukturuna da ziyan dəyib. Hücumlar yerli vaxtla gecə saat 1-də başlayıb və şəhərdə ardıcıl partlayış səsləri eşidilib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə hücumda "Şahed" tipli kamikadze dronlar və qanadlı raketlər istifadə olunub. Əraziyə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.