Rusiya Maska siyasi sığınacaq təklif etdi


Dünya 06 Haz 2025 20:38:00 86 0

Rusiya Maska siyasi sığınacaq təklif etdi

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini Dmitri Novikov amerikalı milyarder İlon Maska siyasi sığınacaq təklif edilə biləcəyini açıqlayıb.

O, bu barədə TASS agentliyinə danışıb. Novikov bildirib ki, Mask fərqli maraqların toqquşduğu mürəkkəb bir oyunun içindədir və ona siyasi sığınacaq lazım olmayacaq. Buna baxmayaraq, əgər ehtiyac yaranarsa, Rusiya bu imkanı təqdim etməyə hazırdır.

"Əgər ona siyasi sığınacaq lazım olarsa, əlbəttə, Rusiya bunu təmin edə bilər", - deyə deputat bildirib.

Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirərək bu məsələnin ABŞ-nin daxili işi olduğunu və Moskvanın müdaxilə etməyi düşünmədiyini deyib.