ABŞ və İran arasında gərginlik artır? “Başqa seçimimiz qalmayacaq”


Dünya 07 Haz 2025 09:35:00 84 0

ABŞ və İran arasında gərginlik artır?   “Başqa seçimimiz qalmayacaq”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran uranı zənginləşdirməməlidir. Əks halda, bu addım ciddi nəticələrə səbəb ola bilər.

Son.az yerli mətbuata istinadən xəbər verir ki, bu açıqlamanı Tramp Vaşinqtondan Nyu-Cersi ştatına yola düşərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.

Onun fikirləri, İranın ali dini lideri Ayətullah Əli Xameneinin ölkənin uranı zənginləşdirməyə qadir və buna ehtiyaclı olduğunu bildirməsinə cavab olaraq səsləndirilib.

"Onlar zənginləşdirmə aparmayacaqlar. Əgər bunu etsələr, biz fərqli şəkildə hərəkət etməyə məcbur qalacağıq. Mən bunu istəmirəm, amma başqa seçimimiz olmayacaq. Uran zənginləşdirilməməlidir", - deyə Tramp bildirib.