Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq
Dünya 07 Haz 2025 22:14:00 186 0
"Əgər İlon Mask respublikaçıların dəstəklədiyi genişmiqyaslı büdcə qanun layihəsinə qarşı demokrat namizədləri maliyyələşdirsə, bu, ciddi nəticələrə səbəb olacaq."
Bu haberi de oku: Durov işçi axtarır: 1 milyon dollar MAAŞ VERƏCƏK
Son.az xəbər verir ki, bunu "NBC News" kanalına müsahibəsi zamanı ABŞ prezidenti Donald Tramp deyib
"Əgər o bunu etsə, bunun nəticələrini ödəməli olacaq", - Tramp deyib.
Prezident həmçinin bildirib ki, bu həftə ictimaiyyət qarşısında yaşanan münaqişədən sonra Maskla münasibətini bərpa etmək niyyətində deyil.
O həmçinin Maskı prezidentlik institutuna hörmətsizlik etməkdə ittiham edib. (APA)
Kaynak: milli.az