"Colgate" diş məcununun satışı qadağan edildi
Dünya 23 Tem 2025 15:02:00 70 0
Argentinada "Colgate Total Clean Mint" diş məcununun satışı rəsmi olaraq dayandırılıb.
Bu haberi de oku: Tramp bu ölkə ilə yarım trilyonluq saziş imzaladı
Son.az xəbər verir ki, bu barədə ölkənin Dərman Vasitələri, Qida Məhsulları və Tibbi Texnologiyaların Keyfiyyətinə Nəzarət üzrə Milli Agentliyi (ANMAT) məlumat yayıb.
Qurumun açıqlamasına görə, qərar istehlakçılar arasında diş məcunundan istifadədən sonra ağız boşluğunda qıcıqlanma, yanma, diş ətində şişkinlik və ağrı kimi simptomların artması ilə bağlı çoxsaylı şikayətlərə əsasən verilib.
Bildirilib ki, Braziliyada da hələ may ayında bu məhsulun satışına eyni səbəbdən qadağa qoyulub.