Bir ailənin ölümü ilə nəticələnən dəhşətli qəzada ürəkağrıdan detal
Dünya 23 Tem 2025 12:26:00 66 0
Türkiyənin Bursa vilayətinin Karacabey rayonunda avtomobillə yük maşınının toqquşması nəticəsində eyni ailədən 3 nəfər həyatını itirib, 5 yaşlı uşaq isə yaralanıb.
Bu haberi de oku: "Ev Annanın adına idi, ona görə evlənmək istəmirdim" Paşinyan
Son.az yerli mətbuata istinadən xəbər verir ki, məlumata görə, ailə, oğulları Süleyman Kahyaoğlunun hərbi məktəbə müraciəti üçün Bursa şəhərindən tibbi arayış alaraq evlərinə qayıdarkən qəzaya düşüb.
Eyni ailədən 3 nəfər həyatını itirdi
Toqquşma nəticəsində avtomobil dəmir yığınına çevrilib. Hadisə yerinə dərhal təcili yardım, yanğınsöndürmə və polis qrupları cəlb olunub. Məlum olub ki, avtomobildə olan ailə üzvlərindən Şükrü Kahyaoğlu, həyat yoldaşı Fatma Kahyaoğlu və oğulları 19 yaşlı Süleyman Kahyaoğlu dünyasını dəyişib. Digər övladları, 5 yaşlı Alaattin Kahyaoğlu isə yaralanıb.
Yaralanan Alaattin Kahyaoğlu Karacabey Dövlət Xəstəxanasında müalicəyə götürülüb, həyatını itirən ailə üzvlərinin cənazələri isə hadisə yerində aparılan araşdırmadan sonra eyni xəstəxananın morquna təhvil verilib.