43 nəfərin olduğu sərnişin təyyarəsi radarlardan itdi
Dünya 24 Tem 2025 10:24:00 113 0
Rusiyanın Amur vilayətində 43 nəfəri daşıyan "An-24" tipli sərnişin təyyarəsi ilə əlaqə itib.
Bu haberi de oku: Tramp: Fransanın Fələstini tanıması "əhəmiyyət daşımır"
Son.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunur ki, təyyarə Amur vilayətinin Tında rayonu üzərində radarlardan itib. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi insidentin baş verdiyini təsdiqləyib. Məlumata görə, təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu üzrə hərəkət edirmiş.
Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq olmaqla 43 nəfər, o cümlədən 6 ekipaj üzvü olub.
Kənan Son.az