İranda silahlı şəxslər məhkəmə binasına hücum ediblər


Dünya 26 Tem 2025 10:26:00 88 0

İranda silahlı şəxslər məhkəmə binasına hücum ediblər

Silahlı şəxslər İranın cənub-şərqində yerləşən Zəhidan şəhərindəki məhkəmə binasına hücum ediblər.

Bu haberi de oku: 40 min zəvvar yoxa çıxdı

Son.az xəbər verir ki, hadisə iyulun 25-də baş verib. Silahlılar binaya daxil olaraq atəş açıblar. Hücum nəticəsində azı 2 təhlükəsizlik əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. İran hakimiyyəti hücum edənlərin kimliyini və motivlərini araşdırır. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Zəhidan şəhəri Sistan-Bəluçistan əyalətində yerləşir və burada tez-tez silahlı toqquşmalar baş verir.