Ermənistanda təşviş: Rusiya bazasına hər gün silah dolu təyyarələr enir


Dünya 26 Tem 2025 12:57:00 84 0

Ermənistanda təşviş: Rusiya bazasına hər gün silah dolu təyyarələr enir

Son günlər Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasına hərbi texnika və sursat daşınması intensivləşib.

Son.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, demək olar ki, hər gün bazaya hərbi yüklə dolu bir neçə təyyarə enir. Hələlik bu tədarüklərin dəqiq məqsədi açıqlanmasa da, bir sıra fərziyyələr irəli sürülür. İddialardan birinə əsasən, Moskva bölgədə mümkün geosiyasi dəyişikliklərə qarşı hazırlıq görür.

Qəzetin yazdığına görə, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin məsələyə dair rəsmi açıqlama verməkdən çəkinir.

Xatırladaq ki, daha əvvəl Ukrayna mediası ölkənin hərbi kəşfiyyatına istinadən Rusiya tərəfinin Gümrüdəki bazaya əlavə canlı qüvvə və texnika cəlb etdiyini bildirmişdi. Kəşfiyyatın məlumatına əsasən, Kreml bu addımla Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqləri artırmağı hədəfləyir.