İsrail və ABŞ girovlarla bağlı birgə planlar hazırlayır


Dünya 25 Tem 2025 20:00:00 96 0

İsrail və ABŞ girovlarla bağlı birgə planlar hazırlayır

İsrail girovları azad etmək üçün alternativ yolları nəzərdən keçirir.

Son.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof haqlıdır. HAMAS girovların azad edilməsi ilə bağlı razılaşmaya mane olur. Biz amerikalı müttəfiqlərimizlə birlikdə girovları xilas etmək üçün danışıqlar yolundan fərqli üsulları nəzərdən keçiririk", - Netanyahu deyib.