Bu ölkə Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoydu


Dünya 24 Tem 2025 17:38:00 101 0

Bu ölkə Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoydu

Estoniya hökuməti Belarus Prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla ümumilikdə 273 Belarus vətəndaşının ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağa qoyub.

Son.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Estoniya Xarici İşlər naziri Marqus Tsahkna bildirib ki, bu addım Belarusda insan haqları və demokratik institutlar sahəsində dəyişikliklərin baş verməməsi ilə əlaqədardır:

"Sanksiyaların tətbiqindən sonra demək olar ki, beş il ərzində Belarusda heç bir müsbət dəyişiklik baş verməyib".