Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı
Dünya 07 Haz 2025 15:52:00 161 0
"Forbes" jurnalı miras və ya kənar yardım olmadan öz sərvətini qurmağı bacaran qadınların yeni reytinqini dərc edib.
Bu haberi de oku: Azərbaycanlı ABŞnin səhiyyə sistemindən 137 milyon dolları mənimsədi
Son.az xəbər verir ki, siyahının lideri "ABC Supply" tikinti şirkətinin rəhbəri 78 yaşlı Diana Hendriksdir. O, artıq yeddinci ildir ki, bu siyahıda liderdir. Onun kapitalı 22,3 milyard dollar qiymətləndirilir.
Onu Cid Faulkner izləyir. "Epic Systems"ın CEO-su və qurucusu olan 81 yaşlı xanımın sərvəti 7,8 milyard dollardır.
İlk "üçlüy"ü Marian İlitç və ailə tutur. "Little Caesars Pizza"nın 92 yaşlı qurucusunun 6,9 milyard dolları var.
Məşhurlar arasında birinci yeri teleaparıcı və media maqnatı Opra Uinfri tutub. Onun sərvəti 3,1 milyard dollardır.