Sürətlə yerə yaxınlaşır: 3 gün qaldı! Dağıntılara səbəb ola bilər
Dünya 25 Tem 2025 10:23:00 73 0
NASA 28 iyul 2025-ci ildə Yerə yaxın keçəcək nəhəng asteroid barədə xəbərdarlıq edib.
Bu haberi de oku: İsrail və ABŞ girovlarla bağlı birgə planlar hazırlayır
Son.az xəbər verir ki, ABŞ-nin Aeronavtika və Kosmos İdarəsi (NASA) 2013 NK4 adlı nəhəng asteroidin 28 iyul 2025-ci ildə Yerə çox yaxın məsafədən keçəcəyini açıqlayıb.
Son.az xəbər verir ki, təxminən 250 metr diametrə sahib olan asteroidin Yerə 6,6 milyon kilometr məsafədən keçəcəyi gözlənilir. Bu məsafə uzaq kimi görünsə də, NASA bu cür səma cisimlərini ölçüləri və trayektoriyası səbəbindən "potensial təhlükəli asteroid" (PHA) kateqoriyasına daxil edir.
Alimlər 2013 NK4-ün Yerlə toqquşma ehtimalı olmadığını bildirsələr də, nəhəng ölçüsünə görə bu asteroid ciddi şəkildə müşahidə olunur. Mütəxəssislər bildirir ki, bu ölçüdəki bir asteroid Yerə düşəcəyi halda şəhər miqyasında dağıntılara, regional enerji partlayışlarına və hətta iqlim dəyişikliyinə səbəb ola bilər.