Mask geri addım atdı


Dünya 07 Haz 2025 21:15:00 59 0

Mask geri addım atdı

"X" (keçmiş Twitter) platformasının sahibi İlon Mask ABŞ Prezidenti Donald Trampla bağlı etdiyi qalmaqallı paylaşımı silib.

Mask bir neçə gün əvvəl sosial şəbəkə hesabında Trampın maliyyəçi Cefri Epşteynin işində adının hallandığını iddia etmişdi. O, paylaşımında "Donald Trump is in the Epstein files. That is the real reason they have not been made public..." - yazaraq sənədlərin məhz bu səbəbdən ictimaiyyətə açıqlanmadığını irəli sürmüşdü.

Sözügedən paylaşım ABŞ ictimaiyyətində və siyasi dairələrdə geniş rezonans doğurub. Trampa yaxın şəxslər iddianı əsassız adlandırıblar. Mətbuat Mask-Tramp münasibətlərində yaranan gərginliyi "açıq qarşıdurma" kimi qiymətləndirib.

Daha sonra İlon Mask paylaşımı silərək mövzudan geri çəkilib. Bu addım Tramp tərəfdarlarının təzyiqi fonunda atılmış ehtiyatlı bir geri dönüş kimi dəyərləndirilib.

İsmayıl Son.az


Habere ait fotoğraflar