Arvadına əsəbləşdi, maşını piyadaların üstünə sürdü Xeyli yaralı var FOTO


Dünya 07 Haz 2025 23:40:00 71 0

Arvadına əsəbləşdi, maşını piyadaların üstünə sürdü  Xeyli yaralı var  FOTO

Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb: bir neçə nəfər yaralanıb

Almaniyanın Passau şəhərində bir kişi avtomobilini insanların üzərinə sürüb.

Hadisə şəhərin dəmiryolu stansiyasının yaxınlığında baş verib. Nəticədə beş nəfər xəsarət alıb.

Yaralananlar arasında sürücünün həyat yoldaşı və 5 yaşlı qızı da olub. Hadisədən dərhal sonra sürücü polis tərəfindən saxlanılıb.

İlkin araşdırmalara görə, hadisənin səbəbi ailədaxili münaqişə ilə bağlı ola bilər. Məlumata əsasən, sürücünün valideynlik hüququ ilə əlaqədar məhkəmə prosesi gedirmiş.

Polis hadisə yerində araşdırma aparır. Hadisənin qəsdən törədilib-törədilmədiyi dəqiqləşdirilir.