Cənubi Koreya Prezidenti Donald Trampla qolf oynayacaq


Dünya 06 Haz 2025 21:15:00 93 0

Cənubi Koreya Prezidenti Donald Trampla qolf oynayacaq

Cənubi Koreya Prezidenti Li Cae Myonq və ABŞ-nin prezidenti Donald Tramp yaxın vaxtlarda birgə qolf oynayacaqlar.

Bu barədə məlumat iki lider arasında 6 iyun 2025-ci ildə baş tutan telefon danışığından sonra yayılıb.

Danışıq zamanı tərəflər ticarət və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib. Görüş zamanı Donald Tramp Li Cae Myonqu ABŞ-da keçiriləcək sammitə dəvət edib.

Söhbət zamanı liderlər şəxsi təhlükəsizlikləri və keçmişdə üzləşdikləri risklər barədə də fikir mübadiləsi aparıblar. Əlaqələrin şəxsi səviyyədə daha da yaxınlaşması məqsədilə isə gələcəkdə birgə qolf oynamaq barədə razılıq əldə olunub.