Gürcüstanın daxili işlər naziri istefa VERDİ
Dünya 28 May 2025 11:37:00 120 0
Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri istefa verdiyini bəyan edib.
Bu haberi de oku: Pakistanda partlayış oldu: 6 ölü var
Son.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
"Mən 10 ildən çoxdur ki, Gürcüstanın daxili işlər naziri, dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Baş nazirin müavini vəzifələrini tutmuşam. Əlbəttə, bu illər ərzində yüksək dövlət vəzifələrini tutmaq çox zəhmət tələb edən işdir. Bu gün, ölkədə sakit vəziyyət olduğu bir zamanda komandadan xahiş etdim ki, mənə ailəmə daha çox vaxt ayırmaq imkanı versinlər", - V.Qomelauri bəyanatında bildirib.
Kaynak: milli.az