Maskın gözünün altını o göyərdibmiş


Dünya 08 Haz 2025 09:03:00 49 0

Maskın gözünün altını o göyərdibmiş

ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə amerikalı sahibkar İlon Maska hücum edib.

Son.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti Donald Trampın sabiq müşaviri Stiven Bennona istinadən məlumat yayıb.

Məlumata görə, Tramp və Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransı ərəfəsində tərəflər arasında mübahisə baş verib.

Maliyyə naziri Bessent Maskı büdcəni 1 trilyon dollar azaltmaq vədini yerinə yetirməməkdə ittiham edib və bundan sonra tərəflər arasında qarşıdurma yaranıb.